"Barselona"nın hücumçusu Lionel Messi İspaniya çempionatının 37-ci turunda "Osasuna"ya qarşı məğlubiyyəti  (1:2) şərh edib. Matc.az xəbər verir ki, argentinalı oyunçu komandanın çıxışından məmnun deyil:

"Belə bitəcəyini gözləmirdik, amma bu məğlubiyyət bütün mövsümü xarakterizə edir. Zərif komandayıq, güc və motivasiya səbəbindən məğlub oluruq. Aqressivlik çatmır. Bu qədər xal itirməməliydik. "Real" isə bizdən fərqli olaraq öz işini gördü. Fasilədən sonra xal itirmədilər. "Barselona" hər oyunda qalib gəlməyə borclu olsa da, bunu edə bilmədik".

33 yaşlı hücumçu hazırkı mübarizə ilə çempionlar Liqasında da heç nə edə bilməyəcəklərini bildirib: "Əvvəllər də demişdim ki, belə bir oyunla çL-ni qazanmaq çətin olacaq. Amma indi görürük ki, bu çıxış heç La Liqada belə uğur qazanmağa bəs etmədi. Artıq çempionlar Liqası haqqında düşünməliyik. Dəyişmək və özünü tənqid etmək üçün vaxt var. Ancaq bu oyunla "Napoli"ni  keçməyəcəyik".

Qeyd edək ki, kataloniyalılar çL-nin 1/8 final mərhələsində "Napoli" ilə səfərdə 1:1 hesablı heç-heçə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest