"Səbail" klubu Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimovla yollarını ayırıb. 
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.  
 
Paytaxt təmsilçisi iki il ərzində komandada çıxış etdiyi üçün oyunçuya təşəkkür edib.
 
Qeyd edək ki, "Səbail" daha əvvəl ulduz futbolçu Maykl Essyenlə yollarını ayırıb. Komandada icarə əsasında oynayan Fəhmin Muradbəyli müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest