"Qarabağ"dan ayrılan futbolçuların sayı 7-yə çatıb.
 
Matc.az xəbər verir ki, son günlərə kimi 4 legioner - Maqaye Qeye, Vaqner da Silva, Ailton Silva, Faysal Rerras və Rəşad Sadıqov (karyerasını bitirib) və Nicat Mehbalıyevlə ("Sabah") vidalaşan Azərbaycan çempionu Miçal Madera ilə də yollarını ayırıb.
 
2015-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyan ispaniyalı legionerin ölkəsindən qayıtmayacağı dəqiqdir. İki həftə öncə komanda yoldaşı Xayme Romero ilə birgə vətəninə yollanan yarımmüdafiəçi karyerasını elə orada davam etdirəcək.
 
İntizamsız davranışları ilə zaman-zaman Qurban Qurbanovu narahat edən 35 yaşlı futbolçunun hələ 1 illik müqaviləsi var idi, lakin tərəflər anlaşmaya qarşılıqlı razılaşma yoluyla xitam verməyi qərara alıblar.
 
"Sportinq"in (Xixon) yetirməsi Azərbaycana 2015-ci ildə Hayfa "Makkabi"sindən gəlib. Bir ara milliləşdirilməsi gözlənilən orta sahə oyunçusu karyerasının geridə qalan illəri ərzində İngiltərədə "Birmingem"in, Yunanıstanda AEK-in şərəfini qoruyub (sportinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest