"Real"ın prezidenti Florentino Peres komandanın hücumçusu Kərim Benzemadan danışıb. Matc.az xəbər verir ki, klub rəhbəri  fransalı forvard barədə xoş sözlər söyləyib:

"Bu mövsüm "Real"ın bütün oyunçuları yaxşı idi. Hər kəs çox yaxşı oynadı. Qapıçımız Timo Kurtua, Serxo Ramos bu uğurun memarlarındandır. Ancaq Benzemanı xüsusi vurğulayardım. çox əla bir mövsüm keçirir. Məncə, bu il "qızıl top"u  Benzema almalıdır".

Qeyd edək ki, 32 yaşlı forvard cari mövsüm La Liqada 21 qol vurub. O, bombardirlik yarışında Lionel Messidən (23) sonra ikinci sıradadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest