Futzal üzrə Yüksək Liqada IV turdan təxirə salınmış oyuna təyinatlar açıqlanıb. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, "Yasamal" FK – "Xəzər Cənub" qarşılaşmasını Azad Hüseynov idarə edəcək.

Dekabrın 7-də keçiriləcək görüşdə ona Mehman Mahmudovla Rahin Heybətov kömək edəcək. Bakı İdman Sarayındakı oyunun hakim-inspektoru Şahin Cəfərov olacaq. Matç saatı 12:30-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest