"Məsuliyyətli işin altına girdiyimi anlayıram".
 
Matc.az xəbər verir ki, bunu "Zirə"nin yeni baş məşqçisi Rəşad Sadıqov klubun rəsmi saytına açıqlamasında deyib. 
 
38 yaşlı mütəxəssis ona göstərilən etimada görə "Zirə" rəhbərliyinə təşəkkür edib. Sadıqov baş məşqçi kimi əlindən gələnin ən yaxşısını etməyə çalışacağını vurğulayıb. 
 
Qeyd edək ki, "Zirə" Rəşad Sadıqovla 3 illik müqavilə imzalayıb.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest