"Səbail"lə yaxşı və çətin günlərimiz olub. Bu komanda artıq mənim üçün doğmalaşıb. Premyer Liqada mənə ilk olaraq bu klub qapısını açıb. Hər dəfə mövsümün sonunda ilk olaraq bu klubla masa arxasına əyləşməyi özümə borc bilirəm". 
 
Bu fikirləri açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
 
Paytaxt təmsilçisi ilə daha bir illik sözləşməyə qol çəkən 39 yaşlı mütəxəsssis gələn mövsüm də komandada çalışacağı üçün məmnunluğunu bildiirb. Hacıyev deyib ki, pandemiya dövründə futboldan bir qədər uzaq qalıblar: "İnanıram ki, yenidən mübariz komanda formalaşdıracağıq. Bundan öncəki mövsümdə olduğu kimi, çempionatımıza rəng qatmağa çalışacağıq".
 
Gənc baş məşqçi müqavilə məsələsinin bu qədər uzanmasının səbəbini də açıqlayıb: "Rəhbərlik həqiqətən də çox çalışdı ki, məsələ tez həllini tapsın. Amma bayaq qeyd etdiyim kimi, pandemiya dövründə müxtəlif məsələlər arxa plana keçdi. Son günlərdə sərhəddə döyüşlər başlayıb. Artıq futbol arxa plana keçməyə məcbur olub. Rəhbərlik daha vacib məsələlərin üzərində dayanmışdı. Ancaq çempionatın startı bilinəndən sonra bu məsələyə aydınlıq gətirdilər. Başa düşürəm ki, gecikmişik. Amma hazırda heyətimizi yenidən komplektləşdirmək üzərində düşünürəm. çünki gedən futbolçular var və yəqin ki, olacaq. Onların yerini doldurmaq lazımdır. Yeni futbolçulara müraciət etməli olacağıq. Bundan sonrakı işimiz daha ağır olacaq".
 
Hacıyev artıq bu gündən futbolçularla danışıqlara başalayacaqlarını sözlərinə əlavə edib: "Şəhriyar Rəhimov, Maykl Essyen və Fəhmin Muradbəyli ilə vidalaşmışıq. Digərləri ilə elə indidən danışıqları sürətləndirərək qərar verəcəyik".
 
Mütəxəssis təcrübəli futbolçular Rauf Əliyev və Rahid Əmirquliyevə artıq yeni müqavilələrin təklif olunduğunu da vurğulayıb: "Sadəcə, onlardan cavab almalıyıq. Verilən hər bir cavaba hörmətlə yanaşacağıq".  (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest