"Sumqayıt" növbəti transferini açıqlayıb. Matc.az.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Elvin Məmmədov karyerasını "kimyaçılar"da davam etdirəcək.

"Sumqayıt" növbəti transferini açıqlayıb.

Matc.az.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Elvin Məmmədov karyerasını "kimyaçılar"da davam etdirəcək.

ötən mövsümün gedişində "Zirə"dən ayrılan 32 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. O, "Zirə"dən gələn digər oyunçu Tellur Mütəllimovdan sonra yay fasiləsində "Sumqayıt"a keçən ikinci futbolçu olub.

2018/19 mövsümündə "Sumqayıt"da oynamış (15 oyun, 2 qol) Elvin Məmmədov "Zirə" (50 oyun 5 qol) ilə yanaşı, "Turan" (47 oyun, 3 qol), "İnter" (52 oyun, 5 qol), "Qarabağ" (70 oyun, 3 qol), "Bakı" (73 oyun, 3 qol) və "Qəbələ"nin (11 oyun, 2 qol) də formasını geyinib. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət alan Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Qeyd edək ki, 2019/20 mövsümünü Premyer Liqada 4-cü pillədə bitirən "Sumqayıt" Avropa Liqasında ölkəmizi təmsil edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest