Almaniya millisinin sabiq üzvü Andre Şürrle karyerası ilə bağlı gözlənilməz qərar verib.

Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında karyerasını bitirdiyini deyib. O, uzun müddətdir ki, bu qərar haqda düşündüyünü bildirib.

Qeyd edək ki, Almaniya millisində 57 oyuna 22 qol vuran Şürrle "Maynts", "Bayer", "çelsi", "Volfsburq", "Fulhem" və "Spartak"da (Moskva) çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest