17 İyul 2020, 19:40
FUTBOL
UEFA çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, püşkatmada UEFA reytinqində sonuncu pillələrdə olan 4 Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib.
Püşkün nəticəsinə görə, San Marino çempionu Şimali İrlandiya çempionu ilə Kosova çempionu isə Andorra çempionuyla qarşılaşacaq
Klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcəyi üçün püşkatmada ölkələrin adları yer alıb.
Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.