03 Dekabr 2018, 15:05
FUTBOL
"Bir qədər üzülürük. Həm hesaba görə, həm də Bilal Hamdinin qırmızı vərəqəsinə görə". Matç.az saytı xəbər verir ki, bunu Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Qəbələ" – "Zirə" matçından (0:0) sonra qonaqların baş məşqçisi Samir Abasov deyib.
Mətbuat konfransında çıxış edən mütəxəssis 2 xal itkisinə üzüldüyünü qeyd edib: "Rəqibin düşdüyü situasiya bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundu, qış fasiləsini səbrsizliklə gözləyirik. Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz. Bütün hallarda Qəbələyə 3 xal arxasınca gəlmişdik".
Mənbə: fczire.az