"Borussiya"nın (Dortmund) futbolçusu Yadon Sanço karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "The Sun" nəşrinə istinadən xəbər verir ki,  "Mançester Yunayted" oyunçu ilə yaxından maraqlanır.

Məlumata görə, "qırmızı şeytanlar" Sanço üçün 100 milyon funt sterlinq ödəməyə hazırdır. Baş məşqçi Ole Qunnar Sulşer növbəti mövsümdən komandanın hücum xəttini Markos Raşford, Menson Qrinvud və Sanço üçlüyü ilə formalaşdırmağı planlaşdırır. İngiltərəli futbolçu da Premyer Liqaya keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Sanco cari mövsüm Bundesliqada 32 matçda 17 qol vurub və eyni sayda assist edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest