"Mançester Siti" "Valensiya"nın yarımmüdafiəçisi Ferran Torresin transferində israrlıdır. Matc.az xəbər verir ki,  "şəhərlilər" qarşı tərəflə danışıqları yenidən bərpa edib.

Məlumata görə, Premyer Liqa təmsilçisi 20 yaşlı futbolçuya 5 illik müqavilə təklif edib. Onun tarsnfer dəyəri 15-18 milyon avro göstərilir. Keçid reallaşarsa, sözləşmədə onun sərbəst qalma bədəli 100 milyon avro göstəriləcək.

Qeyd edək ki, "Valensiya"nın yetirməsi olan Ferran Torres 2017-ci ildən əsas komandada çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest