UEFA-nın İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində keçirilən iclasında 21 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının ev sahibi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Macarıstan və Sloveniya AVRO-2021-ə birgə təşkilatçılıq edəcək.

Başqa namizəd olmadığından komitə bu müraciətin qəbulunu müzakirəsiz təsdiqləyib. Ev sahibləri birbaşa 2021-ci ilin iyunundakı final mərhələsinə qatılacaq.

Digər 53 komanda isə seçmə mərhələdə mübarizə aparacaq. 10 vəsiqə uğrunda yarışacaq komandalar üçün təqvim də təsdiqlənib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycan millisinin rəqibləri dekabrın 11-də keçiriləcək püşkdə müəyyənləşəcək. 53 komanda 9 qrupa bölünəcək ki, bunların səkkizində 6, birində 5 yığma çıxış edəcək. Oyun günləri də dəqiqləşib.

2019

18-20 mart
3-11 iyun
2–10 sentyabr
7–15 oktyabr
11-19 noyabr

2020

23–31 mart
31 avqust–8 sentyabr
5–13 oktyabr

Pley-off

9-17 noyabr

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest