"Real"ın kapitanı Serxio Ramos İspaniya çempionatının 38-ci turunun "Leqanes"ə qarşı oyunda (2:2) növbəti dəfə fərqlənib.

 Matc.az xəbər verir ki, bununla da ispaniyalı müdafiəçi klub karyerasının 100-cü qolunu vurub.

Ramos 97 dəfə Madrid təmsilçisində fərqlənməyi bacarıbsa, 3-nü "Sevilya"da rəqib qapılarından keçirib.

Bununla yanaşı, təcrübəli oyunçu İspaniya millisində də 21 qol vurub.         

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest