Hollandiya millisinin sabiq yarımmüdafiəçisi Aryen Robben yeni klubu "Qroningen"də mövsümün ilk məşqini buraxacaq. Matc.az klubun saytına istinadən xəbər verir ki, qərar tibb işçilərinin tövsiyələrindən sonra verilib.

"Bazar ertəsi günü komanda ilə məşqlərə başlayacaqdım, amma mənə məsləhət görülmədi. Azarkeşlərin məni görmək istədiklərini başa düşürəm,hər şey sonra olacaq" – deyə, Robben bildirib.

Futbolçuların məşqlərə başlamamışdan əvvəl fiziki testdən keçdikləri bildirilib.

Xatırladaq ki, 36 yaşlı oyunçu 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlamışdı. Ancaq daha sonra "Qroningen" klubu ilə müqavilə imzaladı.

                                                                                                                        

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest