20 İyul 2020, 12:17
FUTBOL
"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino Fransada çalışmaq istəməyib. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis "Monako" klubunun təklifini geri çevirib.
Məlumata görə, Liqa 1 təmsilçisinin idman direktoru Paul Miçel Poçettinonu komandaya gətirmək istəyib. Ancaq təcrübəli çalışdırıcı bundan imtina edib.
Bunun ardından "Bavariya"ın sabiq baş məşqçisi Niko Kovaç "Monako"nun yeni baş məşqçisi təyin edilib.
Qeyd edək ki, Poçettino 2019-cu ildə London klubundan ayrılıb.