"Bayer"in yarımmüdafiəçisi Kay Xaverts "çelsi" klubuna keçməyə yaxındır. Matc.az xəbər verir ki, London təmsilçisi oyunçu üçün tələb edilən məbləği ödəməyə hazırdır.

Məlumata görə, "zadəganlar" 21 yaşlı futbolçuya görə 80 milyon avrodan keçəcək. Xavertslə daha bir neçə klub maraqlansa da, onun üçün tələb edilən məbləği verməkdən imtina ediblər. Ancaq "çelsi"nin mövsüm sonu oyunçunu heyətinə qatacağı gözlənilir.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi cari mövsüm "Bayer"də 43 mat keçirib və 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest