"Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Rəhim Sadıxov sözləşmə müddətini artırıb.
 
24 yaşlı hücumameyilli oyunçu gələn ilin yayına qədər olan anlaşmasını daha 1 il uzadıb. Ona qədər "gənclik şəhəri" təmsilçisi Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla gələn ilin yayına qədər müqavilə bağlayıb.
 
Qeyd edək ki, Rəhim Sadıxov 2019/20 mövsümündə Premyer Liqada 15 matçda meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest