"Real"ın baş məşqçisi Zinəddin Zidan karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" komandanı fransalı mütəxəssisə tapşırmaq niyyətindədir.

Məlumata görə, Turin klubu mövsüm sonu Mauritsio Sarri ilə yolları ayırmağa hazırlaşır. Onun yerinə isə ən ideal namizədin Zidan olduğu bildirilir.

Fransalı çalışıdırıcının Madrid klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir. O, İspaniyada illik 13 milyon avro maaş alır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest