"Barselona"nın keçmiş prezidenti Xosep Luis Nunyes vəfat edib. Matç.az saytının məlumatına görə, eks-funksioner 88 yaşında dünyasını dəyişib.

Bu barədə klub rəsmi açıqlama yayıb və bunu azarkeşlər və komanda üçün böyük itki adlandırıb.

Nunyes 1988-ci ildən 2000-ci ilə kimi katalonlara rəhbərlik edib.

Onun rəhbərliyi altında "Barselona" 7 dəfə İspaniya çempionatını, 6 dəfə İspaniya kubokunu, 5 dəfə İspaniya Super Kubokunu, tarixində ilk dəfə Avropa çempionlar Kubokunu, 4 dəfə Kuboklar Kubokunu, iki dəfə isə Avropa Super Kubokunu qazanıb.

Onun zamanında "Barselona" dünyanın ən varlı klubu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest