03 Dekabr 2018, 20:48
FUTBOL
AFFA "Zirə-2" tərəfindən verilmiş apellyasiya şikayəti rədd edib. Matç.az saytının məlumatına görə, AFFA İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
Belə ki, 13 noyabr 2018-ci il il tarixli Azərbaycan I divizionunun X turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə-2" oyunu başlamazdan əvvəl "Zirə-2" tərəfindən futbolçuların lisenziyaları hakimə təqdim edilmədiyinə görə komandaya 0:3 hesabı ilə məğlubiyyət verilməsi və klubun 80 manat cərimə olunması qərarı verilmişdi.
Klub bu qərarla razılaşmasa da, onların etirazı nəzərə alınmayıb.