"Təbii ki, Avropa Liqasındakı uğursuz nəticədən sonra bu oyunda qələbə qazanmaq istıyirdik. Bəzən eləolur ki, oyunda qələbə gözləyirsən, amma nəticə istədiyin kimi olmur. Qələbə qazandığımız üçün xoşbəxtəm". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının XIII turunda evdə "Keşlə"yə 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

27 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb.

- "Sportinq"lə matçdan sonra bu oyuna köklənmək çətin olmadı?

- Bu, futboldur, istənilməz nəticələr olur. Hər uğursuz nəticədən sonra növbəti oyuna hazırlaşırsan, qələbə qazanıb digər uğursuzluğu unutdurmağa çalışırsan. çempionat oyunları da bizim üçün vacibdir. Ona görə də bu oyuna motivasiya tapmağımız təbiidir.

- Demək olarmı ki, "Sportinq"lə oyunun əvəzini "Keşlə"dən çıxdınız?

- "Keşlə" "Sportinq" deyil ki, həmin oyunun əvəzini çıxaq. Rəqibimizə hörmətlə yanaşırıq. Meydanda öz oyunumuzu göstərib qələbə qazandıq.

- "Neftçi" qış çempionu oldu və sizdən 5 xal öndədir, onları keçmək və çempion olmaq çətin olmayacaq?

- Onlar bu mövsüm yaxşı oyun göstərirlər və çempionluğa iddialıdırlar. Biz təslim olmayacağıq və sona qədər çempion olmaq üçün döyüşəcəyik. ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq.

- "Arsenal" ilə oyunda nəyə ümid edirsiniz?

- Ora yaxşı oyun göstərmək və nəticə qazanmaq üçün gedəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest