Ukrayna Premyer Liqasında XVII tura yekun vurulub. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruuğu "Aleksandriya" da növbəti matçını keçirib.

Səfərdə "Qarabağ"la Avropa Liqasında eyni qrupda yer alan "Vorskla" ilə qarşılaşan komanda 1:0 hesablı qələbə qazanıb.

Paşayev görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, 17 oyundan sonra aktivində 36 xal olan "Aleksandriya" turnir cədvəlinin 2-ci, 24 xalı olan "Vorskla" isə 5-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest