Portuqaliya çempionatında XI tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sportinq" "Rio Ave" ilə qarşılaşıb.

Lissabon təmsilçisi səfərdən 3:1 hesablı qələbə ilə ayrılıb. Qonaqların qollaırna Bruno Fernandeş, Bas Dost və Covani Kabral imza atıb.

Bu qələbədən sonra xal hesabını 25-ə çatdıran "Sportinq" 2-ci pillədə qərarlaşıb. Lissabonlular "Porto"dan 2 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest