İspaniyanın "Fuenlabrada" klubunun daha  12 üzvü koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bununla komandada COVID-19 testi müsbət çıxanların sayı 28-ə çatıb.
 
Yaranmış vəziyyətlə əlaqədar Sequndada son turun "Deportivo" - "Fuenlabrada" matçı təxirə salınıb. Qələbə təqdirində, qonaqlar Primeraya vəsiqə uğrunda pley-offa vəsiqə əldə edə bilərdilər.
 
Qeyd edək ki, "Fuenlabrada" təhlükəsizlik protokolunu pozmaqda şübhəli bilinir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest