"İnter" hücumçu Aleksis Sancçeslə icarə müddətini daha bir il uzatmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Məlumata görə, İtaliya klubu oyunçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqları davam etdirir. çilili hücumçunun "İnter"lə hazırkı sözləşmə müddəti avqustun 5-də tamamlanır.

Qeyd edək ki, 31 yaşlı forvard cari mövsüm Milan təmsilçisinin heyətində 27 oyun keçirib və 4 qol vurub. Sançesin aktivində 10 məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest