04 Dekabr 2018, 15:55
FUTBOL
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarının başlama vaxtı dəyişdirilib. Matç.az saytı xəbər verir ki, görüşlərdən üçünün - "Ağsu" – "Sabah", "Kəpəz" – "Səbail", "Qaradağ Lökbatan", - "Sumqayıt" qarşılaşmaları nəzərdə tutulduğundan tez start götürəcək.
Peşəkar Futbol Liqasının qərarına əsasən matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi 14:00-da deyil, 13:30-da başlanacaq. PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq bu addımı atıb. Mərhələnin "Şüvəlan" – "Keşlə" matçının başlanma vaxtı 17:00 saxlanılıb.