AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb. Matç.az xəbər verir ki, qurum rəsmisi UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qalatasaray" – "Porto" oyununun UEFA nümayəndəsi olacaq. 

Bu matç dekabrın 11-də baş tutacaq. Oyun İstanbuldakı Esenyurt Necmi Kadıoğlu stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest