Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XIII turunda yaşananlar müzakirə olunub.

"Qarabağ"la "Səbail"dən başqa bütün klublar cərimələnib. "Sumqayıt" – "Səbail" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

"Qəbələ" – "Zirə" görüşündə meydan sahiblərinin 4 üzvü sarı vərəqə ilə cəzalandığı üçün klub 800 ödəməli olacaq.

Oyunun 61-ci dəqiqəsində "Zirə"nin 91 â„–-li futbolçusu Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qarabağ" – "Keşlə" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 xərcə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest