Yüksək Liqada XI turdan təxirə salınmış oyunun keçirilmə vaxtı müəyyənləşib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, "Xəzər Cənub" – "Yasamal" FK matçı dekabrın 10-da keçiriləcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 12:30-da başlayacaq. Oyunu Azər Əsgərov, Hikmət Qafarlı və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Asim Xudiyev olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest