"Mançester Siti" İngiltərə çempionatında son 125 ilin ən yaxşı nəticəsinə imza atıb. Matç.az saytı xəbər verir ki, "Uotford"a 2:1 hesabı ilə qalib gələn Pep Qvardiolanın yetirmələri ilk 15 görüşdə fantastik top fərqinə nail olub.

45 qol vuran və yalnız 7-ni buraxan MS-nin top fərqi "+38"di. Startdakı 15 oyunda bundan yaxşı nəticəyə sonuncu dəfə 1892/93 mövsümündə qeydə alınıb. Həmin vaxt "Sanderlend"in top fərqi "+39" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest