Madriddə keçiriləcək Libertadores Kubokunun final matçının izləyiciləri arasında Kristiano Ronaldo olmayacaq. Matç.az saytının məlumatına görə, "Yuventus"un futbolçusu dəvətdən imtina edərək qarşılaşmada olmaq istəməyib.

CR7-dən fərqli olaraq Lionel Messi isə qarşılaşmada iştirak etməkdən imtina etməyib.

Qeyd edək ki, əzəli rəqiblər "Boka Xuniors"la "River Pleyt" arasında keçirilməli olan final matçı azarkeşlərin insident yaratması səbəbindən təxirə salınmış, Argentinada keçirilməsi mümkünsüz olduğu üçün Madirdə "Santyaqo Bernabeu" stadionuna təyin olunmuşdu. Görüş dekabrın 9-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest