"İnter Mayami" klubunun prezidenti Devid Bekhem maraqlı təkliflə diqqət mərkəzinə gəlib. Matç.az saytının məlumatına görə, keçmiş ingilis futbolçu Neymarı komandasında görmək istədiyini bildirib.

Bir tədbirdə qarşılaşan ikilinin arasındakı məzəli dialoq maraqla qarşılanıb. Belə ki, Devid braziliyalı oyunçuya komandasında oynamağı təklif edib. Bildirib ki, boş müqaviləyə qol çəkərək onlara qoşula bilər. Neymar isə öz növbəsində təklifi qəbul etdiyini bildirərək Bekhemə "prezidentim" deyə müraciət edib.

Qeyd edək ki, 2018-ci ildə qurulan "İnter Mayami" klubu 2020-ci ildə MLS-də mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest