Qatar dünya çempionatını şərikli keçirmək üçün heç bir ölkə ilə danışıq aparmır. Matç.az saytının məlumatına görə, bu barədə Dç-2022-nin Təşkilat Komitəsinin baş katibi Naser-al-Xater açıqlama verib.

O bildirib ki, mundialla bağlı digər ölkələrdən yardım istəmək niyyətdində deyillər. Maraqlıdır ki, noyabrda FİFA prezidenti Canni İnfantino İngiltərə mətbuatına verdiyi müsahibədə əgər dünya çempionatında iştirakçı sayı 32 komandadan 48-ə yüksəldilsə, Qatarın başqa ölkə ilə birlikdə təşkilatçılıq edə biləcəyini bildirmişdi.

Qeyd edək ki, Qatar yaxın şərqdə dünya çempionatını keçirəcək ilk ölkə olacaq və mundial ilk dəfə qış aylarında (21 noyabr – 18 dekabr) baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest