UEFA çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etdiyi matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü normal vəziyyətdə olmayıb.
 
Mərkəzi arenanın direktoru Şamil Quliyev  açıqlamasında məsələyə münasibət bildirib. 
 
O, ot örtüyündə saralmalar olduğunu və bunu gizlətməyin mümkün olmadığını söyləyib: "Ot örtüyünün saralması mövsümlə bağlıdır. İyul ayının sonundan avqust ayının 20-dək belə saralmalar olur. Sizi əmin edirəm ki, bu problem 10-15 gündən sonra aradan qaldırılacaq".Bir müddət əvvəl Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə ingiltərəli Fil Şarples qulluq edib. Quliyev bildirib ki, ot örtüyünün saralması Şarplesin Azərbaycanı tərk etməsi ilə bağlı deyil: "Bildiyiniz kimi, oyun meydançası, otaqlar və köməkçi meydançalar da "Qarabağ" klubuna icarəyə verilib. Orada hər bir şeyə cavabdeh klubdur. Meydana quluq edən işçilər də Ağdam təmsilçisinin işçiləridir. Bu problemin növbəti oyuna kimi aradan qaldırılacağına inanmıram, 26-sı bu stadionda matç keçirilməsə, bir dəfə fasilə verilsə, III təsnifat mərhələsinə qədər meydan tam qaydasına düşəcək". 
 
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində bu gün keçiriləcək "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest