Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov Polşanın "Radomyak" klubundan ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə Rafal Yonczuk məlumat yayıb. 29 yaşlı mərkəz müdafiəçisinin artıq Radom şəhərini tərk etdiyi bildirilir.

Klubun yaxın zamanda ayrılığı açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Rahil Məmmədov mövsümün əvvəlindən "Radomyak"da çıxış edir. Təcrübəli mərkəz müdafiəçis komandanın heyətində 14 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest