Futbol üzrə İtaliya millisinin və "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolo ciddi zədə alıb.
 
Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində Niderlandı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxıb.
 
O, 42-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. "Roma"nın mətbuat xidmətinin yaydığı məlumata görə, tibbi müayinə nəticəsində Zaniolonun sol dizinin ön xaç bağının tamamilə qırıldığı aşkarlanıb.
 
Qeyd edək ki, Zaniolo ilin əvvəlində də oxşar zədə ilə üzləşmiş və aylarla yaşıl meydanlardan kənarda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest