İspaniya Futbol Federasiyası 2020/21 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb.
 
Matc.az xəbər verir ki, federasiya koronavirus pandemiyası səbəbindən 2019/20 mövsümü üçün nəzərdə tutulan qaydaları yeni futbol ilində də qüvvədə saxlayıb.
 
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Belə ki, hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək. Klubların iştirak ərizəsində isə maksimum 23 futbolçunun adı yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest