21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi davam edir.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda bu gün növbəti oyunlar keçirilib.
 
Autsayderlər zonasında qərarlaşan Lixtenşteyn Gürcüstanı qəbul edib. Qonaqlar 19 və 34-cü dəqiqələrdə müvafiq olaraq Nuqzar Spanderaşvili ilə Davit Samurkasovinin qolları sayəsində səfərdən 2:0 hesablı qalibiyyətlə ayrılıb.
 
Qrupun lideri İsveçrə isə Slovakiyanın qonağı olub. 3 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb. Meydan sahibləri hesabı açsa da, azlıqda qalan isveçrəlilər ardıcıl 6-cı qələbəni bayram edib.
 
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 7-də evdə Fransaya məğlub olub – 1:2.
 
U-21-lər arasında Aç-nin seçmə mərhələsi
2-ci qrup
8 sentyabr
 
Lixtenşteyn – Gürcüstan 0:2
Qol: Spanderaşvili, 19. Samurkasovi, 34.
 
Slovakiya – İsveçrə 1:2
Qol: Strelets, 65 – Zeqiri, 87-pen. Zelqer, 90.
 
İsveçrə – 18, Fransa – 15, Gürcüstan – 9, Azərbaycan – 6, Slovakiya – 6, Lixtenşteyn – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest