Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirdi. Matc.az xəbər verir ki, millimiz səfərdə Kipr seçməsi ilə qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrıldı.
 
Bu oyun "Sabah" klubu üçün də əlamətdar olub. Belə ki, bu komandanın 4 futbolçusu – Ramil Şeydayev, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə və Coşqun Diniyev də bu oyunun iştirakçısı olub.
Hansı ki, millinin heyətində "Sabah"ın 4 futbolçusunun meydana çıxması klub tarixində ilk haldır.
 
Ramil, Bəhlul və Təmkin start heyətində yer alıb. Şeydayev və Mustafazadə oyunun sonuna kimi meydanda olub, Təmkin isə 64-cü dəqiqədə əvəzlənib. Coşqun Diniyev matçın 59-cu dəqiqəsində əvəzetmədən meydana çıxıb.
 
Bu klubun millidəki digər təmsilçisi Amin Seydiyev isə bu oyunda ehtiyat oyunçular skamyasında yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest