"Barselona"nın futbolçusu Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb. Matc.az xəbər verir ki, klub sentyabrın 7-dən hazırlıqlara start verib.

Qeyd edək ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest