"30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik". 
 
Matc.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin azərbaycanlı yüngül atleti Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı "Fotomac"a danışarkən deyib. O, ölkəmizin bu mübarizədə haqqlı olduğunu bildirib: 
 
"İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq.  "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest