Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ Milli Futbol Liqası (USL) təmsilçisi "Finiks Rayzinq" klubunun XV turunda "San-Dieqo Loyal"la səfər oyunu yarımçıq dayandırılıb.
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ Milli Futbol Liqası (USL) təmsilçisi "Finiks Rayzinq" klubunun XV turunda "San-Dieqo Loyal"la səfər oyunu yarımçıq dayandırılıb.
Matc.az xəbər verir ki, birinci hissədə meydan sahiblərinin oyunçusu Kollin Martin qırmızı vərəqə aldığı üçün komandalar ikinci hissədə meydana çıxamayıblar.
Görüşün homofobiya söhbətinə görə dayandırıldığı bildirilib. Matçla bağlı hansı qərarın veriləcəyi bildirilməyib. İlk hissədən sonra "San-Dieqo Loyal" komandası hesabda 3:1 irəli olub.
Qeyd edək ki, Rüfət Dadaşov bu matçda meydana start heyətində çıxmayıb.