02 Oktyabr 2020, 15:23
FUTBOL
"Sabah" klubu bu gün "Keşlə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının V tur matçına xüsusi formalarla çıxacaq.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin formasının ön hissəsində "Karabakh is Azerbaijan" ("Qarabağ Azərbaycandır") yazısı həkk olunub.
Formanın arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı yazılıb.