03 Oktyabr 2020, 10:23
FUTBOL
"Barselona" Osman Dembelenin satılacağı iddialarına təkzib edib. Matc.az xəbər verir ki, bu barədə klubun idman direktoru Ramon Plains açıqlama verib.
O bildirib ki, Dembele üçün "Mançester Yunayted"lə heç bir danışıq aparılmır. Klub rəsmisi fransalı futbolçunun komandanın bir parçası olduğunu və burada yaxşı işlər görə biləcəyini vurğulayıb.
Qeyd edək ki, hücumçu 2017-ci ildə "Borussiya"dan Kataloniya təmsilçisinə keçib. Onun klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.