"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirmək barədə düşünmür.

"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirmək barədə düşünmür.
 
Bu barədə Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.
 
Onun sözlərinə görə, sözügedən məsələ ətrafında qitə futbol qurumu ilə hər hansı müzakirə olmayıb.
 
Əsgərov bildirib ki, qrup mərhələsinin təqvimində ev matçlarının yeri kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib: "UEFA dünən həm oyun saatlarını, həm də stadionları açıqladı. Orada mərkəzi arena qeyd olunub. Bakıdakı matçların saatı isə 21:55-dir. ümumiyyətlə, neytral meydan barədə klubla UEFA arasında heç bir danışıq olmayıb. Hələ belə bir məsələ gündəmdə deyil".
 
Qeyd edək ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest