Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ"nin qonağı olan "Sumqayıt" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, 26-cı dəqiqədə oyunda hesabı açan  hücumçu Əli Qurbani zədələnib.

 Onun yerinə Cavid İmamverdiyev meydana daxil olub. Qurbani cari mövsüm 5 qolla bombardirlik yarışında liderdir.

O, Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Kiprlə oyunlar üçün ilk dəfə Azərbaycan yığmasına dəvət edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest