05 Oktyabr 2020, 10:30
FUTBOL
"Azərbaycana öyrəşmə çalışıram, burada hər şey ürəyimcədir".
Matc.az xəbər verir ki, bu sözləri "Səbail"in qapıçısı Nikolas Hagen deyib. O, yerli mətbuata açıqlamasında ölkəmizdəki insanların mehribanlığını vurğulayıb:
"Bakıda müxtəlif mədəniyyətə malik insanlar var. Onlar istiqanlı və mehribandırlar. Sizə özünüzü evinizdəki kimi hiss etdirirlər. Sanki illərdir bu ailənin bir parçasısan. Hamı ilk gündən çox səmimi görünür və sənə kömək etməyə çalışır".
Qeyd edək ki, Hagen paytaxt təmsilçisinə bu mövsüm qatılıb. O, çıxdığı 3 oyunda 5 qol buraxıb.