"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu ilə "Barselona" yaxından maraqlanır.

Məlumata görə, Kataloniya təmsilçisi 19 yaşlı futbolçu üçün "şəhərlilər"ə 18 miyon avro təklif edib. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Qarsiya "Barselona"nın yetirməsidir. O, 2017-ci ildə "Mançester Siti"yə keçib. Müdafiəçi ötən mövsüm Premyer Liqada 13 oyunda çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest